Poqbanın qızıl medalı oğurlanıb
Digər

Poqbanın qızıl medalı oğurlanıb

  • 2022-03-24

Bir neçə gün əvvəl evi qarət edilən "Mançester Yunayted"in futbolçusu Pol Poqbanın DÇ-2018-də qazandığı qızıl medal da oğurlanıb.

"The Guardian"a istinadən, bunu 29 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.

O, anasının bağışladığı qızıl-zinyət əşyalarının da qarətçilər tərəfindən aparıldığını bildirib: "Məni ən çox qorxudan hadisə vaxtı iki övladımın dayə ilə birlikdə evdə olmasıdır. Dayə hadisədən xəbər tutub və dərhal polisə məlumat verib. Daha sonra uşaqlarla birlikdə otağa daxil olaraq qapını arxadan bağlayıb. Əsas odur ki, övladlarım yaxışıdır".

Oğurluq hadisəsi Çempionlar Liqasının 1/8 finalında keçirilən "Mançester Yunayted" - "Atletiko" oyunu (0:1) zamanı baş verib.