"PSJ"-də klub daxili problemler davam edir
Digər

"PSJ"-də klub daxili problemler davam edir

  • 2022-03-22

PSJ-nin futbolçuları arasında gərginlik artır.

"RMC Sport"da xəbərlir ki, komandada iki klan formalaşıb.  Bunlar cənubi amerikalı və fransızdilli oyunçulardan ibarətdir. Oyunçu qrupları arasında gərginlik Çempionlar Liqasının 1/8 finalında "Real" 1:3 hesablı məğlubiyyətdən sonra yüksəlib və Fransa çempionatında "Monako"ya uduzulan (0:3) görüşdən sonra daha da artıb.

Liqa 1 oyunundan sonra heç bir oyunçunun nə soyunub-geyinmə otağında, nə də geri dönərkən danışdığı bildirilir. Bunun  komandadakı əhval-ruhiyyəni xarakterizə etdiyi vurğulanıb.

Qrupların birində hesab edirlər ki, digər qrupun futbolçuları lazımi fədakarlıq nümayiş etdirmir. Klub rəhbərliyi isə bu futbolçularla kifayət qədər ciddi davranmır və onlara güzəştlər edir.