Ançelottini istefaya göndərilir?
- 2022-03-22
"Real" baş məşqçisi Karlo Ançelotti ilə bağlı qərar verib.
"Marca"da verirlənxəbərdə bildirilir ki, La Liqanın 29-cu turunda "Barselona"ya 0:4 hesablı məğlubiyyətə baxmayaraq, Madrid klubunun rəhbərliyi italiyalı mütəxəssisi yaxın günlərdə istefaya göndərməyəcək. Bildirilib ki, Ançelottinin daha bir illik müqaviləsi var və hazırda heç kim müqaviləni ləğv etmək barədə düşünmür. Soyunub-geyinmə otağında məşqçiyə və onun ustalığına inamın olduğu vurğulanıb. Xəbərdə hər şeyin mövsümün yekun nəticəsindən asılı olacağı yazılıb. Əgər vacib titul qazanılarsa, baş məşqçi istefaya göndərilməyəcək.
Qeyd edək ki, "Real" hazırda La Liqada 66 xalla 1-cidir. "Kral klubu" Çempionlar Liqasından da mübarizəni davam etdirir.