"Qalatasaray"ın stadionu Ginnesin Rekordlar Kitabında
Digər

"Qalatasaray"ın stadionu Ginnesin Rekordlar Kitabında

  • 2022-03-21

 "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "NEF Arena" stadionu Ginnesin Rekordlar Kitabına düşüb.

 "Qalatasaray" klubun rəsmi saytına xəbər verilir ki, arena günəş enerjisi ilə işləyən ən güclü stadion seçilib.

2011-ci il yanvarın 11-də istifadəyə verilən "NEF Stadionu" 53 000 azarkeş tutumuna malikdir. Arenanın inşası 128 000 000 avroya başa gəlib.