Beyl: "Xəyal qurmağa ehtiyac yoxdur"
Digər

Beyl: "Xəyal qurmağa ehtiyac yoxdur"

  • 2021-06-26

"Danimarkanın çox mütəşəkkil, əla komanda olduğunu bilirik. Yaxşı oyun nümayiş etdirmək üçün matça hazır olacağıq. Harada olduğumuzu bilirik. Hər qarşılaşmanın böyük oyun olduğunu hiss edirik. Sadəcə oynamaq lazımdır və vacibliyi düşünməməliyik".

Bu sözləri Uels millisinin kapitanı Qaret Beyl Avro-2020-nin 1/8 finalında Danimarka ilə oyun öncəsi UEFA-nın saytına deyib.

"Sabahkı matçdan başqa bir şey xəyal qurmağa ehtiyacımız yoxdur. Sadəcə oyunu səbirsizliklə gözləyirik" - deyə o bildirib.

Beyl heç vaxt favorit olmadıqlarını vurğulayıb: "Bizim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Sabahkı oyunda meydanda yalnız biz və rəqibimiz olacaq. Ümid edirəm ki, yaxşı oynaya və tapşırıqları yerinə yetirə biləcəyik".

Qeyd edək ki, sabah keçiriləcək Uels - Danimarka görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.