"Real"dan ukraynalı qaçqınlar üçün yardım
Digər

"Real"dan ukraynalı qaçqınlar üçün yardım

  • 2022-03-17

"Real" Ukraynadan olan qaçqınlara kömək məqsədilə martın 5-də klubun fondunun başlatdığı "Hər şey Ukrayna üçün" kampaniyasına dəstək məqsədilə 1 milyon avro bağışlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, vəsait Qızıl Xaç Cəmiyyətinə və "Real Madrid Fondu"nun əməkdaşlıq etdiyi digər təşkilatlara göndəriləcək.