"İtaliya favoritdir"
Digər

"İtaliya favoritdir"

  • 2021-06-26

Avstriya millisinin kapitanı David Alaba Avro-2020-nin 1/8 finalında İtaliya ilə oyun öncəsi fikirlərini bildirib.

O, UEFA-nın saytına açıqlamasında rəqibin favorit olduğunu deyib: “Matçı səbirsizliklə gözləyirik, atmosfer heyrətamizdir. İşimizi davam etdirmək istəyirik. İtaliya favoritdir, çox güclü komandadır. İtalyanların güclü və zəif tərəflərini təhlil etmişik. Onların zəif tərəflərindən istifadə etməyə çalışacağıq. Hər halda, hər şey gec-tez bitəcək".

Qeyd edək ki, sabah keçiriləcək İtaliya - Avstriya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.