"Old Trafford" yenidən qurula bilər
Digər

"Old Trafford" yenidən qurula bilər

  • 2022-03-15

"Mançester Yunayted"in ev oyunlarını keçirdiyi "Old Trafford" arenası yenidən qurulacaq.

Bu haqda Briyaniya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi 112 illik tarixi olan arenanı müasirləşdirmək niyyətindədir. Bu zaman azarkeşlərin də rəyi nəzərə alınacaq.

Hazırda inşaat şirkətləri öz təkliflərini kluba göndərirlər. Bəzi təkliflər arasında stadionun tamamilə sökülərək sıfırdan tikilməsi də yer alır. Yaxın aylarda klubun bununla əlaqədar yekun qərar verəcəyi gözlənilir.