"Çelsi"dən İngiltərə hökumətinə xüsusi xahiş
Digər

"Çelsi"dən İngiltərə hökumətinə xüsusi xahiş

  • 2022-03-13

"Çelsi" İngiltərə hökumətindən kluba qoyulan qadağaları yüngülləşdirməyi xahiş edib. 

Bu barədə "The Telegraph" məlumat yayıb. London klubu İngiltərə hökumətindən futbolçuların transferinə və müqavilənin uzadılmasına qoyulan qadağaları aradan qaldırmağı xahiş edib. "Çelsi" düşünür ki, bu məhdudiyyətlər komandada oyunçu çatışmazlığına səbəb olacaq. 

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib . Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb.