Ronaldo het-triki haqqında danışdı
Digər

Ronaldo het-triki haqqında danışdı

  • 2022-03-13

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo ötən gün Prmeyer Liqanın 29-cu turunda "Tottenhem"lə matçda het-trik etməsi barədə fikirlərini bölüşüb. 

Portuqaliyalı hücumçu bu haqda öz İnstaqram hesabında paylaşım edib. O yazıb: "Old Trafford"a geri qayıtdığım gündən sonra ilk dəfə het-trik etdim. Son dərəcə xoşbəxtəm. Heç bir şey meydana çıxmağın, komandana yardım etməyin yerini doldura bilməz. Biz çox çalışanda hər bir komandanı məğlub edə biləcəyimizi sübut etdik. "Mançester Yunayted" üçün sərhəd yoxdur".

Qeyd edək ki, Ronaldo ötən gün het-trik etməklə karyerasındakı qollarının sayını 807-ə çatdıraraq futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib.O,  keçmiş çexoslovakiyalı futbolçu Yozef Bitsanın rekordunu (805) qırıb.