Ardıcıl 16-cı mövsüm bunu bacardı
Digər

Ardıcıl 16-cı mövsüm bunu bacardı

  • 2022-03-13

İngiltərə Premyer Liqasının 29-cu turunda "Tottenhem"lə oyunda "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo üçün daha bir səbəbdən əlamətdar olub. 

37 yaşlı hücumçu görüşdə het-trik edərək bu mövsüm Premyer Liqada vurduğu qolların sayını 12-yə çatdırıb. Beləliklə, Ronaldo ardıcıl 16 mövsüm çıxış etdiyi komandalarla yerli çempionatda ən az 10 qol vurmuş olub. 

Bu 16 mövsümdən 12-də Ronaldo ən az 20 qolla yadda qalıb. 

Qeyd edək ki, Ronaldo ötən gün het-trik etməklə karyerasındakı qollarının sayını 807-ə çatdıraraq futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib.O,  keçmiş çexoslovakiyalı futbolçu Yozef Bitsanın rekordunu (805) qırıb.