Azərbaycan “Qızıl top” yarışmasından kənarda qalır
Digər

Azərbaycan “Qızıl top” yarışmasından kənarda qalır

  • 2022-03-12

"France football" nəşri "Qızıl top" mükafatının verilməsi qaydalarında dəyişiklik edəcək.

"L’Equipe" nəşrinə istinadən, nəşr bundan sonra müsabiqəni azarkeşlər üçün daha anlaşılan və şəffaf qaydada həyata keçirmək niyyətindədir.

Birincisi, 2022-ci ildən başlayaraq, seçim zamanı futbolçunun bütün ilboyu yox, yalnız bir mövsümdəki nəticələri əsas götürüləcək. Məsələn, Qətərdəki DÇ-2022-də futbolçunun uğuru bu il deyil, gələn ildə nəzərə alınacaq.

İkincisi, bundan sonra səsvərmədə ancaq FİFA reytinqində TOP-100-lükdə olan ölkələr səs verə biləcəklər. Bu o deməkdir ki, hazırda Azərbaycan FİFA reytinqində 121-ci yerdə olduğundan bu gün üçün "Qızıl top" yarışmasından kənarda qalır.

Üçüncüsü, bundan sonra futbolçunun komandasıyla qazandığı uğur deyil, onun fərdi nailiyyəti əsas götürüləcək. Yəni klubla qazanılan titul ikinci göstərici sayılacaq.