Kapitan zədəsini sağaldıb
- 2021-06-25
İtaliya millisinin kapitanı Corsio Kyellini zədəsini sağaldıb.
"Football Italia"ya iəsasən, 37 yaşlı müdafiəçi komanda ilə məşqlərə başlayıb. Ancaq onun Avro-2020-nin 1/8 finalında Avsrtiya ilə keçiriləcək görüşdə start heyətində meydanda olmayacağı gözlənilir.
Baş məşqçi Roberto Mançininin müdafiənin mərkəzində Leonardu Bonuccu və Françesko Açerbidən istifadə edəcəyi bildirilib.
Qeyd edək ki, sabah keçiriləcək İtaliya - Avstriya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.