"Nou Kamp" stadionu təmirə bağlanır
Digər

"Nou Kamp" stadionu təmirə bağlanır

  • 2022-03-09

"Nou Kamp" stadionu təmirə bağlanır.

İspaniya mətbuatına istinadən, bu barədə "Barselona"nın prezidenti Joan Laporta məlumat verib. Onun sözlərinə görə, bu səbəbdən komanda bir mövsümü başqa bir arenada keçirməli olacaq.

Prezident bildirib ki, böyük ehtimalla "Barselona" matçlarını Montjuikedəki Olimpiya stadionunda keçirəcək. Buna görə klub 20 milyon avro icarə haqqı ödəyəcək.

"Hər şey istədiyimiz kimi getsə, cəmi bir mövsüm başqa meydanda oynayacağıq" – deyə o qeyd edib.