Meksikada azarkeşlər arasında kütləvi dava
Digər

Meksikada azarkeşlər arasında kütləvi dava

  • 2022-03-07

Meksika liqasında keçirilən "Keretaro" - "Atlas" matçı azarkeşlər arasında davaya görə dayandırılıb.

"AP NEWS"a istinadən, oyunun 62-ci dəqiqəsində tribunalarda çoxsaylı dava başlayıb.

Bir neçə dəqiqədən sonra futbol meydançasında da eyni hadisə yaşanıb. Təhlükəsizlik işçiləri qadın və uşaqlar da daxil olmaqla azarkeşlərin tribunadan çıxması üçün meydançanın qapılarını açıb.

Dava zamanı bəzi azarkeşlər bir-birini armatur və stulla döyüblər.

İğtişaşlar nəticəsində 22 nəfərin yaralandığı, onlardan 9-nun xəstəxanaya çatdırıldığı, 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.