"Adidas" Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırdı
- 2022-03-02
"Adidas" şirkəti Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırıb.
Bu barədə TASS agentliyi məlumat yayıb. Almaniya şirkəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə belə qərar verib.
Tərəflər 2008-ci ildən əməkdaşlıq edirdi. Rusiya millisini formalarla təmin edən məşhur idman brendi ilə müqavilə ötən yay 2026-cı ilə qədər uzadılmışdı.
Xatırladaq ki, dünən FİFA və UEFA Rusiya klubları və bütün yaş qrupu üzrə milli komandaları növbəti qərar açıqlanana qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bundan başqa, UEFA Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni ləğv edib.