UEFA da "Qazprom"la müqaviləni ləğv etdi
- 2022-03-01
UEFA ilə Rusiyanın "Qazprom" şirkəti arasında sponsorluq müqaviləsi ləğv olunub.
Bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Beləliklə, Çempionlar Liqası, milli komandaların yarışları və Avro-2024 daxil olmaqla, adıçəkilən şirkətlə bütün mövcud müqavilələr ləğv olunub.
Qeyd edək ki, şirkət hər il UEFA-ya 40 milyon avro ödəyirdi. Daha əvvəl Almaniyanın "Şalke" klubu da "Qazprom"la müqaviləni pozub.