Abramoviç "Çelsi"nin sahibi olaraq qalacaq
Digər

Abramoviç "Çelsi"nin sahibi olaraq qalacaq

  • 2022-02-27

Roman Abramoviç "Çelsi "nin sahibi olaraq qalacaq .

Britaniya mətbuatına istinadən, Abramoviç "Çelsi"sinin idarəçiliyini klubun xeyriyyə fondunun qəyyumlarına təhvil vermək qərarına gəldiyini bildirib. Lakin daha sonra məlum olub ki, o, "Çelsi”nin sahibi olaraq qalacaq. Direktor Marina Qranovskaya və Petr Çex klubun işinin bütün aspektlərini, o cümlədən yeni müqavilələrin imzalanması, transferlər və s. ilə məşğul olacaqlar.

Abramoviç "Çelsi"nin rəhbərliyini klubu, onun rəhbərliyini, eləcə də futbolçuları qorumaq üçün xeyriyyə fonduna təhvil verib .

Qeyd edək ki, rusiyalı iş adamı "Çelsi"ni 2003-cü ildə 140 milyon sterlinqə alıb. Onun rəhbərliyi altında komanda 21 kubok qazanıb.