Əli Daei Ronaldonu təbrik etdi
Digər

Əli Daei Ronaldonu təbrik etdi

  • 2021-06-24

Azərbaycan əsilli iranlı sabiq futbolçu Əli Daei Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonu onun  rekordunu təkrarladığına görə təbrik edib. 

Bu barədə Ronaldo öz İnstaqram səhifəsində məlumat yayıb. Ronaldo Avro-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə yığmada qol hesabını 109-a çatdırıb və Əli Daenin dünya rekorduna şərik olub. Daha sonra isə Daei belə bir nailiyyətə görə 36 yaşlı hücumçunu təbrik edib. Ronaldo isə Daeinin təbriklərini cavabsız qoymayıb. O, keçmiş oyunçuya təşəkkür edib:

“Həqiqi çempionlar sonsuza qədər çempion olaraq qalır. Sizin kimi bir əfsanədən belə isti sözlər eşitdiyimə görə fəxr edirəm. Təşəkkür edirəm, Ali Daei”.

Qeyd edək ki, Portuqaliya – Fransa oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.