Fransalı azarkeşlərin başına qəribə hadisə gəlib
Digər

Fransalı azarkeşlərin başına qəribə hadisə gəlib

  • 2021-06-24

Fransa millisinin 6 nəfərdən ibarət azarkeş qrupunun başına qəribə hadisə gəlib.

RMC-a əsasən, eyni şirkətdə işləyən fanatlar iyunun 19-da Macarıstan – Fransa görüşü üçün Budapeştə yollanmalı olsalar da,  Budapeştdən 800 kilometr kənarda Rumuniyanın Buxarest şəhərinə gediblər. Nəticədə azarkeşlər sözügedən görüşü izləyə bilməyiblər.

Sözügedən 6 nəfərlik qrup Buxarestə Ukrayna  - Avstriya matçı üçün gələn azarkeşləri isə macarıstanlı fanatlar hesab ediblər. Qrupdan Rumıniyanın “Jurnalul National” nəşrinə açıqlama verən 1 nəfər isə hadisə haqqında deyib:

“Hava limanına enəndən sonra azarkeş qruplarını izlədik. Matça gedənlərin macarıstanlı fanatlar olduğunu hesab edirdik. Həmin azarkeşlərin stadiona gedən yolu bildiyini düşünərək,onları izlədik. Ukranalı olduqlarını heç fikirləşməmişdik. Avropa haqqında çox şey öyrənməyimiz lazımdır”.

Qeyd edək ki, Macarıstan – Fransa oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.