Terri UEFA Pro məşqçilik lisenziyası aldı
Digər

Terri UEFA Pro məşqçilik lisenziyası aldı

  • 2021-06-24

İngiltərə millisinin və "Çelsi"nin sabiq müdafiəçisi Con Terri  UEFA Pro məşqçilik lisenziyası alıb.

Bu barədə o, özünün "İnstaqram" səhifəsində paylaşım edib. 40 yaşlı keçmiş futbolçu FA Səviyyə 5 UEFA Pro Lisenziyalı 2021 məşqçi kurslarını bitirib. Terri artıq  yüksək divizion peşəkar futbol klubunun baş məşqçisi ola bilər.

Qeyd edək ki, bir il əvvəl Terrinin "Derbi Kaunti"ni çalışdıracağı xəbərləri yayılmışdı.