Ronaldodan pley-offa yüksəlmələrinə münasibət
Digər

Ronaldodan pley-offa yüksəlmələrinə münasibət

  • 2021-06-24

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin pley-off mərhələsinə yüksəlmələrinə münasibət bildirib.

Bununla bağlı o, özünün "Tvitter" səhifəsində yazıb: "Komandanı təbrik edirəm! Sadiq dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".

Qeyd edək ki, Ronaldo qrup mərhələsinin son turunda Fransa ilə matçda (2:2) dubla imza atıb. Bununla da, 36 yaşlı hücumçu yığmada vurduğu qolların sayını 109-a yüksəldib və İran millisinin keçmiş hücumçusu, Azərbaycan əsilli Əli Daeinin rekordunu təkrarlayıb. Onlar milli komandalarının heyətində ən çox qol vuran (109) oyunçulardır.