Messi otel aldı, bütün işçiləri qovdu
Digər

Messi otel aldı, bütün işçiləri qovdu

  • 2022-02-12

"PSJ"nin futbolçusu Lionel Messi otel idarəçiliyinə görə tənqid olunub. 

Bu barədə "Euro Weekly News" məlumat yayıb. 34 yaşlı hücumçu İspaniyanın Kadis əyalətinin Sotoqrande şəhərində otel alıb. Daha sonra argentinalı oyunçu oranın bütün işçi heyətini qovub. Nəticədə 40 nəfər insan işsiz qalıb.

Messinin bu addımı isə şəhər meri tərəfindən birmənalı qarşılanmayıb. O, belə bir hadisəyə səssiz qalmayacağını bildirib.