Kərim Benzema vurduğu iki qoldan danışıb
- 2021-06-24
Fransa millisinin hücumçusu Kərim Benzema Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Portuqaliya ilə oyunda (2:2) vurduğu iki qoldan danışıb.
"beIN Sports"a əsasən, 6 ildən sonra yığmaya qayıtdıqdan sonra qollarını vuran 33 yaşlı futbolçu deyib: “Qol vuranda sevinc və qürur hissi keçirdim. Hamı qol vurmağımı gözləyirdi. Təzyiq altında idim. Qol vurmaq əla idi və biz pley-offa adladıq. Fərqlənmək istəyirəm, çünki bu turnirdə qolların çox vacib olduğunu bilirəm".
Qeyd edək ki, Fransa qrup 1-cisi olaraq 1/8 finala yüksəlib. Komanda bu mərhələdə iyunun 28-i İsveçrə ilə qarşılaşacaq.