"Nike" Qrinvudla müqaviləni ləğv etdi
Digər

"Nike" Qrinvudla müqaviləni ləğv etdi

  • 2022-02-11

20 yaşlı qıza qarşı seksual zorakılıqda ittiham edilən Meyson Qrinvud klubu "Mançester Yunayted"dən maaş almağa davam edir. Onun maaşı həftəyə 75 min funt sterlinq (təqribən 89 min avro) təşkil edir.

Bu haqda "Daily Mail" məlumat yayıb. 

"MY" futbolçunu oyun və məşqlərdən uzaqlaşdırıb. Bundan sonra polis Qrinvudu saxlasa da, o, girov müqabilində azadlığa buraxılıb. 

İdmançının sponsoru olan "Nike" şirkəti isə onunla müqaviləni təzminat ödəmədən ləğv edib. Şirkət bildirir ki, Qrinvud bu davranışı ilə onların işgüzar nüfuzuna zərər vurub.