Poqba 13 aylıq susqunluğa son verdi
Digər

Poqba 13 aylıq susqunluğa son verdi

  • 2022-02-10

İngiltərə Premyer Liqasının 24-cü turunda "Bernli" ilə matç "Mançester Yunayted"in futbolçusu Pol Poqba üçün əlamətdar olub. 

Fransız yarımmüdafiəçi komandasının yeganə qolunu vurub. Beləliklə, o, 1 il 1 ay sonra yerli çempionatda qol vurmağı bacarıb.  Poqba son dəfə 2021-ci ilin yanvar ayında "Fulhem"lə oyunda qapıya yol tapıb. 

Qeyd edək ki, "Mançester Yunayted" "Bernli" ilə heç-heçə edib - 1:1.