Donnarumma : "Navas ilə heç bir problemim yoxdur"
Digər

Donnarumma : "Navas ilə heç bir problemim yoxdur"

  • 2022-02-10

PSJ-nin qapıçısı Canluici Donnaruma komanda yoldaşı, qolkiper Keylor Navasla aralarındakı rəqabətdən danışıb. 

İtaliyalı qapıçı "La Gazetta dello Sport"a açıqlamasında deyib: "Navas ilə heç bir problemim yoxdur. Onunla əla münasibətimiz var. Mən mübarizə aparmağı, yarışmağı xoşlayıram. PSJ üçün əlimdən gələni edəcəyəm". 

Qeyd edək ki, Donnarumma bu mövsüm cəmi 10 oyunda meydana çıxıb.