Messinin 34 yaşı tamam olur
Digər

Messinin 34 yaşı tamam olur

  • 2021-06-24

Bu gün Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messinin ad günüdür.

Oyunçunun bu gün 34 yaşı tamam olur.

Kataloniya təmsilçisi rəsmi "Tvitter" səhifəsi vasitəsi ilə futbolçunuad günü münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Messi "Barselona"da 520 oyuna çıxıb və 474 qol vurub. O, klubla 10 dəfə İspaniya çempionatının, 7 dəfə İspaniya kubokunun, 8 dəfə Superkubokun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun və 3 dəfə klublarası dünya çempionatının qalibi olub. Messi karyerasına ərzində 6 dəfə "Qızıl top"u qazanıb.