"Bayern Münhen"nin gənc ulduzu koronavirusa yoluxdu
Digər

"Bayern Münhen"nin gənc ulduzu koronavirusa yoluxdu

  • 2022-02-10

"Bayern Münhen"nin futbolçusu Camal Musiala koronavirusa yoluxub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçunun testi pozitiv çıxıb. Oyunçu karantinə alınıb. Hazırda onun vəziyyətinin yaxşı olduğu açıqlanıb. Musiala Münhen təmsilçisinin qarşıdakı bir neçə matçını buraxmalı olacaq.

Qeyd edək ki, Camal Musiala bu mövsüm “Bavariya”nın heyətində 27 oyunda 6 qol vurub və 5 qolun ötürməsini verib.