Benzema "PSJ" ilə oyuna hazır olacaq?
- 2022-02-10
"Real"ın hücumçusu Kərim Benzema zədə səbəbindən Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə ilk oyunu buraxa bilər .
"Marca"da verirlən xəbərdə, fransalı futbolçu hələ də fərdi qaydada məşq edir. O, meydanda topla işləyir, lakin hələ də optimal vəziyyətdən uzaqdır.
Madrid təmsilçisi Kərimi fevralın 12-də "Vilyarreal"a qarşı görüşdə bir neçə dəqiqə oynatmağı planlaşdırırdı, lakin indi bu, demək olar ki, mümkün deyil. 34 yaşlı oyunçunun PSJ ilə oyuna qədər sağalması ehtimalı azdır.
Qeyd edək ki, PSJ - "Real" matçı fevralın 15-i keçiriləcək.