Avropada 629 milyonla ən çox maaş verən klub açıqlandı
Digər

Avropada 629 milyonla ən çox maaş verən klub açıqlandı

  • 2022-02-10

PSJ-nin futbolçularına ödədiyi maaş bəlli olub. 

Fransa mətbuatında verilən xəbərdə, 2021/22 mövsümü üçün maaşın ümumi məbləği 629 milyon avto təşkil edir. Bu, Avropa klubları arasında ən yüksək göstəricirir.

Qeyd edək ki, PSJ-nin maaşı Fransanın bütün klublarının futbolçulara ödədiyi maaşın (1,73 milyard dollar) 37 faizini təşkil edir.

Xatırladaq ki, ötən ilin yayında Paris klubu hücumçu Lionel Messi, yarımmüdüfiəçi Jorjinyo Veynaldum,  müdafiəçilər Serxio Ramos və Əşrəf Hakimi, həmçinin qapıçı Canluici Donnarummanı transfer edib.