Neymar "Real"a qarşı oynamayacaq?
Digər

Neymar "Real"a qarşı oynamayacaq?

  • 2022-02-09

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında "Real"la ilk matçı buraxacaq.

Fransa mətbuatına verilən xəbərdə, braziliyalı hücumçu hələ də zədəsini sağaltmağa davam edir. O, Madrid təmsilçisi ilə birinci görüşə kimi hazır olmayacağı qeyd olunub.

Qeyd edək ki, PSJ - "Real" oyunu fevralın 15-i keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması martın 9-u olacaq.