Klublararası dünya çempionatında ilk finalçı  Brazilya klubu oldu
Digər

Klublararası dünya çempionatında ilk finalçı Brazilya klubu oldu

  • 2022-02-09

 Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Braziliya klubu olan "Palmeyras" finala vəsiqə qazanan ilk klub olub. Komanda yarımfinalda Misirin "Əl-Əhli" klubuna qalib gəlib. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasında fevralın 9-u keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.