Dani Alveşin 1000-ci oyunu
Digər

Dani Alveşin 1000-ci oyunu

  • 2022-02-08

“Barselona"nın futbolçusu Dani Alveş əlamətdar yubiley matçına çıxıb.

39 yaşlı cinah müdafiəçisi buna La Liqanın son turunda “Atletiko”ya qalib gəldikləri (4:2) matçda nail olub. Bu, Alveşin karyerasında 1000-ci oyunu olub.

Alveş “Barselona”da – 394, “Sevilya”da 249, Braziliya millisində 119, “San Paulo”da 95, "PSJ"-də 73, “Bahya”da 37, “Yuventus”da isə 33 oyuna çıxıb.

"Atletiko" ilə oyun , braziliyalının karyerasında 1000-ci oyun olub.Alveş yubiley oyunda 1 qol, 1 qol ötürməsi ilə yadda qalıb. Daha sonra isə kobud oyuna görə qırmızı kart alıb.