Herbert Hayner : "Haalandı transfer etməyi fikirləşmirik"
Digər

Herbert Hayner : "Haalandı transfer etməyi fikirləşmirik"

  • 2022-02-07

"Bayern Münhen"nin prezidenti Herbert Hayner "Borussiya Dortmund"dun hücümçusu Erling Haalandı transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib. 

Hayner "Bild"ə açıqlamasında hələlik bu barədə düşünmədiklərini bildirib: “Hələ bunu fikirləşmirik. Bizim komandamızda Levandovski var. O, karyerasını “Bavariya”da bitirsə, şad olaram. Əminəm ki, Robert daha bir neçə il bu səviyyədə oynaya biləcək”. 

Qeyd edək ki, Haaland bu mövsüm 14 matçda 16 qol vurub.