Buffondan tarixi rekord
Digər

Buffondan tarixi rekord

  • 2022-02-07

İtaliya B seriyasının 21-ci turunda “Benevento” ilə görüş “Parma”nın futbolçusu Canluici Buffon üçün əlamətdar olub. 

Qolsuz heç-heçə ilə başa çatan görüş 44 yaşlı qapıçının üçün 500-cü “quru” oyun kimi tarixə düşüb. Belə ki, o, peşəkar karyerasında 500 matçda qol buraxmayan yeganə qolkiper kimi tarixə keçib.

Buffon “Parma”da 92, “Yuventus”da 322, PSJ-də 9, İtaliya millisində 77 oyunu qol buraxmadan keçirib.