Beylin Ançelottiyə kinayəli gülüşü narazılıqlara səbəb oldu
Digər

Beylin Ançelottiyə kinayəli gülüşü narazılıqlara səbəb oldu

  • 2022-02-05

“Real”ın futbolçusu Qaret Beyl İspaniya kubokunun 1/4 finalında "Atletik"lə görüşdən sonra gündəmə gəlib.

Oyunun gedişində baş məşqçi Karlo Ançelotti digər hücumçu Eden Azara isinmə hərəkətləri etməsini tapşırıb. Belçikalı bir müddət kənarda məşq etsə də, çalışdırıcı sonda ona ehtiyac duymayıb və kənarda oturmasını istəyib. Beyl isə Ançelottinin bu qərarına yüksək səslə gülməklə cavab verib.  33 yaşlı hücumçunun hərəkəti komanda daxilində və azarkeşlər arasında narazılıq doğurub.

Qeyd edək ki, sözügedən görüş "Real"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.