Joan Laporta Haalandın transferi haqqında danışdı
Digər

Joan Laporta Haalandın transferi haqqında danışdı

  • 2022-02-03

"Barselona"nın prezidenti Joan Laporta "Borussiya"dan (Dortmund) Erling Haalandı transfer edib-etməyəcəklərinə dair suallara cavab verib. 

Joan Laportayerli mətbuata açıqlamasında bu yay 21 yaşlı hücumçunu komandaya qatmağa çalışacaqlarını bildirib: 

"Bu gün biz  müəyyən işləri görürük, məşğuluq. Ötən gün Obameyanqı almışıq və onu burada gördüyümüz üçün çox şadıq. Haalanda gəldikdə isə, iyun ayında komandamızı gücləndirməyə çalışacağıq. Düzgün yoldayıq".