Benzemasız Madrid derbisi
- 2022-02-03
“Real”ın futbolçusu Kərim Benzema İspaniya Kral Kubokunun 1/4 final mərhələsində “Atletik”lə oyunda iştirak etməyəcək.
Bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti danışıb. O, fransalı hücumçunun zədədən əziyyət çəkdiyini və bu səbəbdən onu riskə atmayacaqlarını bildirib:
“Biz risk etməyəcəyik. Çünki bu, Çempionlar Liqasının finalı deyil. Benzema oynamırsa, deməli hazır deyil. Bunun Çempionlar Liqasında PSJ ilə keçiriləcək matçla bağlı heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, “Atletik” – “Real” oyunu 3 fevral tarixində keçiriləcək.