Qrinvud sərbəst buraxıldı
Digər

Qrinvud sərbəst buraxıldı

  • 2022-02-03

“Mançester Yunayted” klubunun futbolçusu Meyson Qrinvud həbsxanadan çıxıb.

Bu barədə BBC məlumat yayıb. Qrinvudun növbəti istintaqadək girov müqabilində sərbəst buraxıldığı bildirilib.

Model Qarriet Robson sevgilisi Meyson Qrinvudu zorakılıqda ittiham edib. Robson bununla bağlı öz İnstaqram hesabında məlumat yayıb. Model fotolarını paylaşaraq, Qrinvudun ona fiziki zorakılıq etdiyini bildirib. Bundan sonra polis 21 yaşlı oyunçunu həbs edib. “Mançester Yunayted”də onu əsas komandadan kənarlaşdırıb. Klubdan verillən açıqlamada məsələ tam bəlli olana qədər Qrinvudla bağlı tam qərar qəbul olunmayacaq. Həmçinin “Nike” firması da Qrinvudla əlaqəsini kəsib.