Ronaldo və Mbappe
Digər

Ronaldo və Mbappe

  • 2021-06-24

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Fransa millisinin üzvü Kilian Mbappe forma dəyişdiriblər.

Bu, Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Portuqaliya – Fransa görüşündən sonra olub. Oyunçular matçın ardından formalarını dəyişdiriblər. Yarışın sosial media hesablarında isə həmin anın fotosu paylaşılıb. Şəkildə Ronaldo və Mbappenin yüksək əhval-ruhiyyədə olduğu görünür.

Sözügedən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qarşılaşmada Ronaldo 2 qol vurub.