"Mançester Yunayted"in futbolçusu həbs edildi
Digər

"Mançester Yunayted"in futbolçusu həbs edildi

  • 2022-01-31

"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud həbs olunub. 

Buna səbəb onun sevgilisi Harriet Robsona qarşı zorakılıq etməsidir.

Qrinvudun sevgilisi sosial şəbəkə hesablarında öz fotolarını paylaşaraq futbolçunu onu döyməklə ittiham edib. Şəkillərdə Robsonun üzündəki, qollarındakı və ayaqlarındakı göyərmələr əks olunub. 

Nəticədə İngiltərə polisi Qrinvudu zorakılıqda şübhəli bilərək həbs edib. Bundan əlavə, "Mançester Yunayted" də oyunçunu cəzasız qoymayıb. Klub onu komandadan kənarlaşdırıb.