Ronaldodan azərkeşlərə : "Sizsiz futbol daha mənasız şeyə çevrilər"
Digər

Ronaldodan azərkeşlərə : "Sizsiz futbol daha mənasız şeyə çevrilər"

  • 2022-01-29

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo azarkeşlərə ona göstərdikləri dəstəyə görə təşəkkür edib. 

Portuqaliyalı hücumçu Dubay Ümumdünya Sərgisində bildirib: 

"Diqqətlə qulaq asın, çünki deyəcəklərim ürəkdən gəlir.  Siz mənim irəliləmək, futbol oynamaq üçün motivasiyamsınız. Sizsiz futbol daha mənasız şeyə çevrilər. Çünki bizi azarkeşlər idarə edir. Verdiyiniz hərarət, motivasiyanız və sevginiz məni qürur hissi ilə doldurur. Bunu ifadə etmək üçün kifayət qədər sözlərim yoxdur".