Ronaldo Əliyə məxsus dünya rekordunu təkrarladı
Digər

Ronaldo Əliyə məxsus dünya rekordunu təkrarladı

  • 2021-06-24

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmada vurduğu qolların sayını 109-a çatdırıb.

36 yaşlı hücumçu Avro-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə dünya rekorduna şərik olub.


O, İran millisinin keçmiş hücumçusu, Azərbaycan əsilli Əli Daeinin rekordunu təkrarlayıb. Hər iki futbolçu milli komandasının heyətində ən çox qol vuran (109) oyunçudur. Bu isə o deməkdir ki, Ronaldo daha bir dünya rekordunu qırmağa çox yaxındır.