“İnter”in baş məşqçisi koronavirusa yoluxdu
Digər

“İnter”in baş məşqçisi koronavirusa yoluxdu

  • 2022-01-25

"İnter"in baş məşqçisi Simone İnzaqi koronavirusa yoluxub.

Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

46 yaşlı mütəxəssisdən götürülmüş sonuncu analiz nümunələri müsbət çıxıb. Buna görə də o, öz evində karantinə alınıb.

Qeyd edək ki, Simone İnzaqi ötən ilin iyunundan "İnter"i çalışdırır.