"O, məni sadəcə eşşək adlandırdı"
- 2022-01-23
"Liverpul"un və İngiltərə millisinin sabiq futbolçusu Ceym Karraqer "PSJ"nin oyunçusu Lionel Messinin ona yazdığı mesaj barədə danışıb.
"Liverpool Echo"ya istinadən, Karraqer 34 yaşlı hücumçunun onu eşşək adlandırdığını bildirib:
"Messi məndən razı deyil. Mövsümün əvvəlində demişdim ki, Kriştiano Ronaldonu transfer etməyin "Mançester Yunayted" üçün əla seçim olduğunu düşünmürəm. Mən Messini misal çəkdim. Çünki o da "PSJ" üçün yaxşı bir transfer deyil. Bu açıqlamanı verdikdən sonra İnstaqramda şəxsi mesaj aldım. Messi özü mənə yazdı. Şəxsi mesajlarımı göstərməyəcəyəm, Amma o, məni sadəcə eşşək adlandırdı".