FİFA "Barselona"ya təzminat ödəyəcək
Digər

FİFA "Barselona"ya təzminat ödəyəcək

  • 2021-06-23

"Barselona" ​​hücumçusu Usman Dembele Fransa millisinin düşərgəsində zədələndiyi üçün FİFA-dan təzminat alacaq.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 24 yaşlı hücumçu Avropa çempionatının qrup mərhələsində iyunun 19-u keçirilən Macarıstanla (1:1) matçda sağ dizindən zədələnib. Əməliyyat olunacaq Dembele  təxminən dörd ay yaşıl meydanlardan uzaq qalacaq.

FİFA qaydalarına görə, qurum beynəlxalq turnir zamanı millinin düşərgəsində zədələnən futbolçulara görə klublara təzminat ödəyir. Ödənişin olması üçün zədələnmiş oyunçunun bərpa müddəti 28 gündən çox olmalıdır.

Kataloniya klubunun Dembeleyə görə təxminən 2,5 milyon avro təzminat alacağı gözlənilir.