Onun üçün Avro-2020 bitdi
- 2021-06-23
Niderland millisi ciddi itki ilə üzləşib.
Komandanın hücumçusu Luk De Yonq zədələnib.
Millinin ötən axşam keçirilən məşqində diz bağlarından zədə alan 31 yaşlı futbolçunun uzun müddət meydana çıxa bilməyəcəyi məlum olub. Avro-2020-ni erkən bitirən "Sevilya"nın hücumçusu artıq milli komandanın düşərgəsini tərk edib.
Qeyd edək ki, Niderland yığması yer aldığı C qrupunda 9 xal toplayaraq 1/8 finala adlayıb.