Klublararası dünya çempionatının bir iştirakçısı dəyişdi
- 2022-01-01
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.
"FİFA"nın saytına istinadən, Yeni Zelandiyada hökm sürən koronavirus pandemiyası üzündən mövcud karantin qaydalarına görə, "Oklend Siti" turnirdən imtina etmək məcburiyyətində qalıb. Onu Taiti təmsilçisi "Pirae" əvəzləyib.
Fevralın 3-dən 12-dək BƏƏ-də klublararası dünya çempionatı keçiriləcək. Turnirin favoritləri "Çelsi" (Çempionlar Liqası kubokunun qalibi) və "Palmeyras" (Libertadores Kubokunun qalibi) komandalarıdır. Onlar turnirə yarımfinaldan başlayacaqlar.
"Pirae" isə "Əl-Cəzirə" ilə qarşılaşacaq. Qalib komanda 1/4 finalda "Əl Hilal"la oynayacaq.