Fergüssonun 80 yaşı tamam oldu
Digər

Fergüssonun 80 yaşı tamam oldu

  • 2021-12-31

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Fergüssonun bu gün 80 yaşı tamam olur.

O, 1941-ci ilin bu günü Şotlandiyanın Qlazqo şəhərində anadan olub.

"Mançester Yunayted"in mətbuat xidməti "Əfsanəvi keçmiş məşqçimizə böyük ad günü təbrikləri göndəririk" - deyə paylaşım edib.

Qeyd edək ki, Fergüsson 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb. Onun rəhbərliyi altında Mançester təmsilçisi 13 dəfə Premyer Liqanın, 2 dəfə Çempionlar Liqasının, 5 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.